30 phrase_var_core.october

Plastik kart sahiblərinə endirim olacaq

“Muğanbank” “Visa” və “MasterCard” plastik kartlarının sahiblərinə endirim vəd edir. Bankdan fins.az-a verilən məlumata görə, müştərilər www.garden.az onlayn mağazasında alış-veriş zamanı onlara mal 5-10% ucuz satılacaq. Sadəcə ödənişi bankın plastik kartları ilə etmək lazımdır. Aksiya bu ayın əvvəlindən başlayıb və müddətsizdir.