30 phrase_var_core.october

“Bank Respublika”nın da taksit kartı olacaq

Azərbaycanda taksit kartı buraxan bankların siyahısına biri də əlavə olunur. Yaxın günlərdə “Bank Respublika” hissə-hissə ödəmə funksionallığı olan “PayKart Kredit” adlı yeni kredit kartını təqdim edəcək.
Bankdan fins.az-a verilən məlumata görə, yeni məhsul “Sərbəst alış-veriş - seçim Sizindir” şüarını daşıyır. Bu kartla alış-veriş edənlər ödənişi 3, 6 və ya 12 ay ərzində bərabər hissələrə bölə biləcəklər.

“MasterCard” bazasında yaradılan yeni kredit kartı vasitəsilə dünyanın 200-dən artıq ölkəsində istənilən malı almaq və yaxud xidmətdən istifadə etmək, onun haqqını hissə-hissə ödəmək mümkün olacaq. Kartdan həm Azərbaycanda, həm də xaricdə bankomat vasitəsilə pul nağdlaşdırılması imkanının yaradılması da nəzərdə tutulub.
Yeni kartın digər bir üstünlüyü də odur ki, “Card to Card” xidməti ilə aparılan ödənişləri də bərabər hissələrə bölmək mümkün olacaq.