30 phrase_var_core.october

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA

“Bank Avrasiya” “Büdcə şöbəsinin müdiri” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali iqtisadi təhsilli olmalı, MS Office proqramlarında işləməyi bacarmalı, maliyyə menecmenri sahəsində sertifikatlara malik olmalıdır. Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
- Qəbul olunmuş maliyyə menecmenti üzrə siyasətə uyğun olaraq, bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanı, bankda büdcənin tərtib və nəzarət olunması metodologiyasını və onlara dəyişikliklər və əlavələri hazırlamaq;
- Mövcud və yeni məhsul və xidmətlərin maya dəyərini, onların gəlirliliyini hesablamaq;
- Qiymət, o cümlədən daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzləri yaradılması üzrə təkliflər hazırlamaq və müvafiq təsdiqdən sonra icra etmək;
- Törəmə və ortaq müəssisələrə investisiyaların səmərəliliyinin təhlilini aparmaq və belə investisiyaların səmərəliliyin artırılması üçün İdarə Heyətinə təkliflər hazırlamaq;
- Bankın xərclərinin səmərəliliyini hesablayır və xərclərin səmərəliliyinin artırılması üzrə İdarə Heyətinə təkliflər hazırlamaq;
- Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflər hazırlamaq;
- Bankın maliyyə göstəricilərinin yaxşılaşması üzrə təkliflər vermək, maliyyə vəziyyətinə mənfi təsir göstərən məsələlər üzrə İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
- Büdcənin tərtibi və onun icrasına nəzarət, habelə hesabatlılıq üzrə bağlı digər bütün işləri görmək;
- Mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bankdaxili qaydalara müvafiq hesabatları və məlumatları hazırlamaq;
- Şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.
Maraqlananlar öz CV-lərini martın 8-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.