30 phrase_var_core.october

POS-terminalların sayı 95 minə çatacaq

I Avropa Oyunları ilə bağlı 95 minə yaxın POS-terminal quraşdırılacaq. Fins.az-ən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov deyib. F.Məmmədovun sözlərinə görə, Vergilər Nazirliyi ölkə üzrə quraşdırılan POS-terminalların sayı xeyli artırılacaq: “Əgər 2013-cü ilin yekunlarına görə, Azərbaycanda 38 minə yaxın POS-terminal var idi, hazırda isə 82 min ədəd quraşdırılmış və aktiv fəaliyyətdə olan POS-terminal var. Hədəfimiz Avropa Oyunlarına qədər ümumilikdə 95 minə yaxın POS-terminal quraşdırmaqdır”- nazir bildirib”.