30 Oktyabr

Dünya Bankının cavabını verdi

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşçenkonun “Azərbaycanda qeyri-neft sektorunudan yığılan vergilərin ÜDM-ə olan nisbətinin azalması” barədə dediklərinə aydınlıq gətirib.

Fins.az-ın "Marja"-ya istinadən məlumatına görə, dünən 4-cü Vergi Forumunda çıxış edən Larisa Leşçenko “Təəssüf ki, Azərbaycanda qeyri-neft sektorunudan yığılan vergilərin ÜDM-ə olan nisbəti azalmaqdadır. Azalma 17,5%-dən 15,7%-ədək olmuşdur, bu təxminən 2%-ə yaxın azalma deməkdir. Qeyri-neft sektorunda yeni yanaşmalar olmalıdır ki, yeni şirkətlər yaransın”,-deyə bildirmişdi.

Dünya Bankının Azərbaycandakı nümayəndəsindən sonra çıxış edən Sevinc Həsənova bildirdi ki, qeyri-neft sektorunudan yığılan vergilərin ÜDM-ə olan nisbətinin azalması özəl sektorun inkişafının ləng getməsilə deyil, Azərbaycanın bir sıra sahələrdə tətbiq etdiyi güzəştlər ilə bağlıdır:

“Larisa xanım qeyd etdi ki, son illər qeyri-neft sektorunudan yığılan vergilərin ÜDM-ə olan nisbəti 2% aşağı enmişdir. Bu, bizim güzəştlər ilə bağlıdır. Azərbaycan kənd təsərrüfatı, bank sahəsində vergi güzəştləri tətbiq edilir. Bu güzəştlər bizim inkişafımıza mane olmur, əksinə ərzaq təhlükəsizliyimizi təmin etməkdə, qeyri-neft sektorunun inkişafına əlavə əhalinin və şirkətlərin vəsaitlərini cəlb etməkdə kömək göstərir. Kənd təsərrüatının əsasən vergidən azad edilməsi regionların inkişafına, ərzaq təhlükəsizliyininin və məşğulluğun təmin olunmasına müsbət təsir göstərməkdədir”.