«Unibank»14 fevral “Sevgililər günü” münasibətilə yeni kampaniyaya başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, kampaniya çərçivəsində «Unibank»ın «Albalı Plus» (Albalı) kartı ilə sərfəli şərtlərlə fərqli və gözəl hədiyyə almaq mümkün olacaq.
Fevralın 13-ü, 14-ü və 15-də Albalı Plus (Albalı) kartı ilə partnyor mağazalarda və ticarət mərkəzlərində 3 taksitdən yuxarı alış- veriş edənlər, dəyərini daha uzun müddətə- 14 ayadək ödəyə biləcəklər. Məsələn, müştəri taksiti 3 aylıq olan məhsulun dəyərini, 14 ay müddətinədək ödəyəcək. Üstəlik, Albalı Plus (Albalı) kart sahiblərini mağazalarda xüsusi endirimlər və hədiyyələr gözləyir. Albalı Plus (Albalı) kartın partnyorları olan «İdeal», «Sabina», «Golden Rose», «La parfumerie», «Sel home», «Agat R», «İnglot», «Flormar», «Gulum», «Swarovski» və digər mağazalarda sevənlər üçün xüsusi kampaniyalar keçiriləck. Albalı Plus (Albalı) kartına sahib olan hər kəs bu hədiyyəli sevgililər günü kampaniyasından faydalana biləcək.
Qeyd edək ki, «Unibank» müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.