30 phrase_var_core.october

“E-manat”dan istifadə artır

Azərbaycanda daha bir bank ödənişləri “E-manat” terminalları üzərindən qəbul etməyə başlayıb. Bu, “Muğanbank”dır. Bankdan fins.az-a verilən məlumata görə, bu məqsədlə “Modenis” MMC ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Xatırladaq ki, “E-manat” brendi Azərbaycanın ödəniş bazarına 2 il bundan əvvəl daxil olub. Bu köşklər vasitəsilə kommunal xidmətlər, mobil rabitə, telefon, İnternet, kabel televiziyası, əyləncə, bank ödənişləri və s. həyata keçirmək mümkündür. Hazırda “E-manat” şəbəkəsinə Bakı, Abşeron və Sumqayıtda 1155, bütün ölkə ərazisində isə 1359 nağd ödəniş köşkü daxildir.
“Muğanbank”la yanaşı “Unibank”, “Bank of Baku”, “Bank Respublika”, “Bank VTB”, “Bank BTB”, “Rabitəbank” və “NBC Bank” da “E-manat”a qoşulub.