Bu günlərdə Mərkəzi Bank tərəfindən işğal olunmuş Qarabağda fəaliyyətinə görə “Sigue” (keçmişdə COINSTAR) təcili pul köçürmə sisteminin Azərbaycanda istifadəsinə qadağa qoyulacaq.
Fins.az-ın məlumatına görı, bu barədə “Marja”ya bank sektorundakı mənbəsi bildirib.
Mənbə qeyd edib ki, eyni səbəbə görə “İntelexpress” sisteminin də Azərbaycanda istifadəsinə qadağa qoyulacaqdır.
Qadağanın 18 Fevraldan qüvvəyə minəcəyi gözlənilir.
ABŞ-ın “Sigue” təcili pul köçürmələri sistemi 1996-cı ildə yaradılmışdır. “Sigue” dünyanın 143-dən artıq ölkəsində fiziki şəxslərə pul köçürmələri xidməti təqdim edir.
Qeyd edək ki, 2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı Zolotaya Korona pul köçürmələri sistemi üzrə xidmət göstərməyi dayandırmışdı. Səbəb olaraq, “bankların Zolotaya Korona sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması” göstərilmişdi.