Azərbaycanın bank olmayan kredit təşkilatlarından (BOKT) biri – “FİNOKO” ASC yaxın günlərdə Bakı Fond Birjasında (BFB) istiqrazlarını yerləşdirəcək. BFB-dən fins.az-a verilən məlumata görə, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Hərrac hər birinin nominal 1000 dollar olan 750 istiqrazın çıxarılması nəzərdə tutulub. İllik gəlirliliyi 15% olan istiqrazlar 3 il müddətində tədavüldə olacaq. Onlara görə faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “Unicapital” şirkətidir.