Bu gün Bakıda “Bank VTB (Azərbaycan)”ın “Neftçilər” filialı açılıb. Bankdan fins.az-a verilən məlumata görə, yeni filial Qara Qarayev prospekti, 53 ünvanında, metronun “Neftçilər” stansiyasının çıxışında yerləşir.
Açılış mərasimində Bankın İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, “AtaHolding” nümayəndəsi, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.
“Yeni filialın açılışı bizə hər müştəriyə daha da yaxın olmağa imkan verəcək. “Bank VTB (Azərbaycan)”ın əsas məqsədi bütün müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməkdir. Biz filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il əsas diqqət regionlarda filiallarımızn açılışına yönələcək” - deyə bankın İdarə Heyətinin sədri Yuriy Yakovlev bildirib.
Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər,depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcək, bankın yüksək keyfiyyətli mütəxəssisləri isə onların tələblərinə uyğun təklif seçməyə kömək edəcək.