Fevralın 13-də Bakı şəhəri Xocalı prospekti 44 ünvanında "Unibank Biznes Mərkəzi" filialının açılışı olub. Fins.az-ın xəbərinə görə, bu “Unibank”ın sayca 4-cü və ən böyük biznes filialıdır və daha çox iri sahibkarlara bank xidmətlərini göstərəcək.
Mərkəzdə kredit, depozit, pul köçürmələri, kassa əməliyyatları bir sözlə bütün xidmətlər göstəriləcək. Biznes filial xarici maliyyə qurumlarından da vəsait cəlb edərək sərfəli şərtlərlə sahibkarlara kredit verəcək. Filialda biznes layihələri üçün ekspertiza və konsultasiya xidmətləri də göstəriləcək.
Qeyd edək ki, “Unibank” yeni konsepsiya ilə təqdim etdiyi ilk ixtisaslamış filialını Qara Qarayev metro stansiyası yaxınlığında açmışdı. Bundan sonra Bank “Dərnəgül” və “Bakı Soveti” filiallarının xidmət təyinatını dəyişdirərək iş adamlarının ixtiyarına verib.
“Unibank” son vaxtlar real sektorun maliyyələşdirilməsinə diqqəti artırıb. Bu il regionlarda- ilk olaraq Mingəçevirdə yeni filialın açılması, həmçinin ümumi kredit portfelində kiçik və orta sahibkarlıq subyektlərinə verilən biznes kreditlərinin payının artırılması nəzrdə tutulur.