30 Oktyabr

"Bank VTB" işçi axtarır- VAKANSİYA

Bank VTB (Azərbaycan) ASC Müştəri xidmətlərinin aparıcı mütəxəssisi vəzifəsinə (VIP filialına) işçi axtarır.

Tələblər:
• Ali iqtisadi təhsil;
• Bank sektorunda müştəri xidmətləri sahəsində 3 ildən az olmayan iş təcrübəsi (korporativ müştərilərlə təcrübəyə üstünlük verilir);
• İşgüzar etika sahəsində biliklər, düzgün nitq və yazı qabiliyyətinə malik olmaq;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarını bilmək;
• Seminar və treyninqlər keçirmək bacarığı;
• MS Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı;
• Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı;

Vəzifələri:
• Müştərilərə yüksək səviyyəli xidmət göstərilməsini təmin etmək;
• VIP müştərilər ilə peşəkar məsləhətləşmələr aparmaq və onların Bank məhsullarına tələbatının təhlili;
• Yeni müştəriləri cəlb etmək və şirkət rəhbərləri ilə danışıqlar aparmaq;
• Bankdankənar satışlar və xidmət mərkəzində müştərilərə distansion formatda dəstək göstərmək;
• Fərdi menecer kimi xidmətlər göstərmək, Bankın yeni məhsulları haqqında müştəriləri daim məlumatlandırmaq;
• Müştərilərin irad və təkliflərini müəyyənləşdirmək məqsədi ilə onlarla ünsiyyət qurmaq;
• Müştəri sorğularının operativ həlli;
• Müştərilərlə qarşılıqlı etibarlılıq münasibətlərin qurulması;
• Treyninqlərin keçirilməsində iştirak etmək.

CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir)