30 Oktyabr

“Manat ciddi ucuzlaşmayacaq” – BANK RƏHBƏRİ

Dünya bazarında neft ucuzlaşsa da, bu il Azərbaycanda manatın məzənnəsi ciddi dəyişməyəcək. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, bu açıqlama ilə “Turanbank”ın Müşahidə Şurasının sədri Fuad Musayev çıxış edib.

Onun sözlərinə görə, regionda və dünyada gedən iqtisadi proseslər əhalini və sahibkarları narahat etsə də, Azərbaycan iqtisadiyyatının son illərdə keçdiyi inkişaf yolu və həyata keçirilmiş islahatlar bu asan olmayan dövrdən də müsbət nəticələrlə çıxmağa imkan verəcək: “Milli valyutanın sabitliyi makroiqtisadi stabilliyin mühüm amili olmaqla bərabər əhalinin gəlirlərinin dəyərsizləşməsinin qarşısını alır, korporativ və maliyyə sektorunda sabitliyi təmin edir.

Ümumilikdə, ölkə rəhbərliyi tərəfindən atılan məqsədyönlü addımlar və əsas makroiqtisadi göstəricilərimiz iqtisadiyyatın davamlı inkişafının və eləcə də manatın məzənnəsinin sabitliyinin nəinki 2015-ci ildə, həm də qarşıdakı illərdə təmin ediləcəyinə əmin olmağa əsas verir”.