30 phrase_var_core.october

Türkiyənin baş bankiri qiymət artımına görə cəzalandırıla bilər

Ankara məhkəməsinin hakimi Şərif Aydın ölkənin Mərkəzi Bankının rəhbəri Erdem Başçıya qarşı iddia irəli sürüb. Bu barədə Fins.az "Trend"-ə istinadən xəbər verir.

Prokuror Başçını Mərkəzi Bankın yürütdüyü səhv faiz siyasəti nəticəsində Türkiyə vətəndaşlarına ciddi maddi ziyan dəyməsində ittiham edib.

Prokuror qeyd edib ki, mühakimə olunacağı halda Mərkəzi Bankının rəhbəri iki ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, fevralın 10-da Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının rəhbəri Erdem Başçını tənqid edib.

Onun sözlərinə görə, əgər Mərkəzi Bankın rəhbəri öz işinin öhdəsindən gələ bilmirsə, onda o, buna görə məsuliyyət daşıyacaq.

Prezident deyib ki, hökumət Mərkəzi Bankdan dəfələrlə faiz dərəcələrinin aşağı salınmasını tələb etsə də, tənzimləyici bu günədək bu tələblərə cavab verməyib: "Ölkədəki yüksək faiz dərəcələri inflyasiya ilə deyil, inflyasiya yüksək faiz dərəcələri ilə bağlıdır".

Lakin Türkiyə hökuməti başçısının iqtisadi məsələlər üzrə müavini Əli Babacan Mərkəzi Bankın düzgün pul siyasəti yürütdüyünü bəyan edib.