30 phrase_var_core.october

Mərkəzi Bank: «Dəyişiklik qəpiyin yüzdə biri qədər olacaq»

Azərbycanda manatın kəskin devalvasiyası gözlənilmir. Fins.az-ın məlumatına görə, bu barədə dövlət televiziyasına açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, son vaxtlar bir sıra ölkələr öz milli valyutalarını kəskin devalvasiya etsələr də Azərbaycan bu niyyətdə deyil: «Bilirsiniz ki, bir sıra dövlətlər öz milli valyutalarını dollara və digər valyutalara qarşı çox radikal və kəskin devalvasiya etdilər. Azərbaycan dövləti bu haqda heç düşünmür də , bunun üçün heç bir səbəb yoxdur. Təbii ki, bu addım iqtisadi agentlərin, banklarda əmanətləri olan insanların, əhalinin, biznes qurumlarının maraqlanına tam zidd bir şey olardı. Ona görə də, başqa dövlətlərdən fərqli olaraq biz bu addımı atmadıq və birmənalı deyirəm ki, belə bir şey düşünülmür».

«Dəyişiklik qəpiyin yüzdə biri səviyyəsində olacaq»

Baş bankir bildirib ki, manatın məzənnəsinn bivalyuta səbəti vasitəsilə müəyyən edilməsi milli valyutanın bir qədər ucuzlaşmasına səbəb olub, amma bu dəyişiklik çox cüzidir. Manatın məzənnəsi ilə baş verənləri «məzənnə çevikliyi» adlandıran Elman Rüstəmov dəyişikliyin cüzi olduğunu qeyd edib: «Çeviklik qəpiyin yüzdə biri səviyəsində ola bilər».

«Heç bir dramatik devalvasiya olmayacaq»

«Manatı nə gözləyir?» sualına E.Rüstəmov cavab verib ki, narahatlığa səbəb yoxdur: «Heç bir xroniki və dramatik devalvasiya prosesi gözlənilmir. Manat möhkəm valyutadır. Onun arxasında Azərbaycan dövlətinin gücü-qüdrəti dayanır».

Məqsəd ixracı stimullaşdırmaq idi

Eyni zamanda baş bankir bildirib ki, manatın məzənnəsinin bivalyuta səbəti vasittəsilə müəyyənləşdirilməsinin bir sıra səbəbləri var. Bunlar iqtisadi artımı stimullaşdırmaq və ölkədən ixracı həvəsləndirməkdir: «Strateji məqsəd ondan ibarətdir ki, iqtisadi artımı stimullaşdıraq, o cümlədən ixracat stimullaşdırılsın. Bu siyasət çoxşaxəlidir və çevik məzənnə siyaəti də bunun tərkib hissəsidir».

E.Rüstəmovun sözlərinə görə, aşağı inflyasiya biznesi stimullaşdıracaq: «Aşağı inflyasiya biznesi stimullaşdıracaq və iqtisadiyatı canlandırma amillərindən ola bilər. Deflyasiya isə daha təhlükəlidir. Bu investisiyaya mane ola bilər. Ona görə də, birrəqəmli inflasiya iqtisadiyyat üçün faydalıdır».

«İnflyasiya birrəqəmli həddə olacaq»

Onun sözlərinə görə, AMB əlindəki bütün imkanlardan istifadə edərək inflyasiyanı birrəqəmli həddə saxlayacaq: «Bu il aşağı inflyasiya gözləyirik. Ötən il inflyasiya 1,4% olub və bu aşağı göstəricidir. Bu il də biz birrəqəmli, çox aşağı inflyasiya gözləyirik. Və sərəncamımızda olan büğün vasitələrdən- pul kredit vasitələrindən istifadə etməklə buna nail olmağa çalışacağıq və bu bizim hədəfəmizdir».

Xaricdən gətirilən mallar bahalaşa bilər

AMB sədri etiraf edib ki, manatın məzənnəsində baş verən dəyişiklik qiymətlərə təsir edəcək, xüsusilə də xaricdən gətirilən malların qiymətini artıracaq. Amma Azərbaycan əksər ərzaq malları ilə özünü təmin etdiyinə görə, bu təsir ciddi olmayacaq: «Təbii ki, müəyyən məzənnə çevikliyi idxalı (xaricdən gətirilən malları) bahalaşdıra bilər. Amma nəzərə almaq lazımdır ki, bizim ərzaq məhsulları üzrə xaricdən asılılığımız olduqca kiçikdir, biz artıq bir çox məhsullar üzrə özümüzü tam təmin edə bilirik. Ona görə də, biz burada xaricdən Azərbaycana inflyasiya idxalını gözləmirik. Yəni, bazarda ərzağın bahalaşmasının iqtisadi əsası yoxdur».