«Expressbank» ad günü olanlar üçün güzəştli kredit aksiyası keçirir. Bankdan fins.az-a verilən məlumata görə, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və Visa Gold kartı hədiyyə olunur. Əgər müştəri ExpressCard kredit məhsulunu sifariş edərsə, ona həmin kart Visa Gold əsasında veriləcək.
Qeyd edək ki, «komissiya xərclərində yaşı qədər endirim» dedikdə, komiyya xərclərinin müştərinin yaşı qədər %-lə azaldılması nəzərdə tutulur. Məsələn, müştərinin 40 yaşı varsa. Komissiya xərcləri 40%, 60 yaşı varsa komissiya xərcləri 60% və s. Bu qayda ilə azalacaq. Bankdan bildirilib ki, hazırda kreditlər üzrə komissiya haqları 3% təşkil edir. Məsələn, 1000 manat kredit məbləğində 30 manat komissiya haqqı tutulur. Ad günü münasibətiilə edilən endirim də bu 30 manata tətbiq ediləcək.
Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur. Kredit alanlar üçün maksimum yaşı həddi 65-dir.