Azərbaycanda İslam bankçılığı artıq intellektual mübadilə mərhələsinə daxil olub. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfransında Azərbaycan Mərkəzi Bankının Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov deyib. Onun sözlərinə görə, hazırda ölkədə İslam İnkişaf Bankı ilə islam maliyyələşməsinə dair əməkdaşlıq edən 8 bank mövcuddur.
Şaiq Adıgözəlov qeyd edib ki, islam bankçılığı qlobal maliyyə böhranından üzüağ çıxa bilib və ənənəvi bankçılıqda geriləmə qeydə alındığı halda bu sahədə 15% artım qeydə alınıb. Hazırda islam bankçılığı üzrə qlobal aktivlərin həcmi 1 trilyion dollardan çoxdur.