30 phrase_var_core.october

“Amrahbank” kapitalını artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Amrahbank” ASC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə fins.az-a “Amrahbank”dan bildirilib. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat olan 43165 səhmin çıxarılması nəzərdə tutulub. Emissiya baş tutsa, “Amrahbank”ın nizamnamə kapitalı indiki 39,84 milyon manatdan 44,16 milyon manata çatacaq.
Bankdan bildirilib ki, yeni səhmləri böyük ehtimalla bankın öz səhmdarları alacaq. Bununla belə, kənar isvestorlarla bankdan pay satılması məsələsi müzakirə oluna bilər.