30 Oktyabr

10 valyuta dəyişmə məntəqəsi bağlandı - Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması ilə bağlı nəzarət tədbirlərini gücləndirib.
AMB-dən fins.az-a verilən məlumata görə, 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.
Mərkəzi Bank bildirir ki, bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək.