30 Oktyabr

Dollar kreditlərinin asan ödəniş yolu

Azərbaycanda banklardan xarici valyuta ilə, o cümlədən dollarla kredit götürənlərin aylıq ödənişi azaldıla bilər. Fins.az-ın məlumatına görə, artıq banklardan biri – “Bank VTB Azərbaycan” öz müştəriləri üçün belə bir təkliflə çıxış edib. Bankda bildirirlər ki, məqsəd hazırki məzənnə ilə kredit ödəyənlərinin işini asanlaşdırmaqdır. Yəni, müştərinin bu günə dollarla olan borcuna dair yeni ödəniş qrafiki müəyyən olunur, kreditin müddəti uzadılır, bununla da dollarla ifadədə aylıq ödəniş məbləği azalmış olur.