30 Oktyabr

“Bank Respublika” faizləri artırdı

Bank Respublika fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini qaldırıb. Fins.az-ın məlumatına görə, yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.
İndi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər isə illik 9% (hüquqi şəxslərə 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5 (hüqusi şəxslərə 8,5%) təşkil edəcək.

Beləliklə, bank həm əhalinin həm hüquqi şəxslərin əmanətlərin gəlirliyini illik 3,5% artırdı. Bununla yanaşı, 36 ay müddətinə qoyulan əhalinin əmanətlərinə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin əmanətlərinə 13,5% illik faiz dərəcəsi təyin edib.

Depozit hesabını bankın istənilən filial və şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.