30 Oktyabr

“Turanbank”ın aktivləri 300 milyon manata keçib

2015-ci ilin yanvar ayının yekunlarına görə, “Turanbank”ın aktivləri 303,5 milyon manat təşkil edib. Bankdan fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,6% çoxdur. Son 1 ildə bankın kredit portfeli 26,5% artaraq 225,6 milyon manata, müştəri hesabları və depozit portfeli isə 26,5% artaraq 137,6 milyon manata çatıb. Bunun 72 milyon manatını fiziki şəxslərin müddətli əmanətləri təşkil edib. 31 yanvar 2015-ci il tarixinə Bankın nizamnamə kapitalı 6,8% artımla 47 milyon manat, məcmu kapitalı isə 8,9% artımla 55,8 milyon manat olub. 2015-ci ilin ilk ayında “Turanbank”ın gəlirləri 3,1 milyon manat, xərcləri isə 2,3 milyon manat təşkil edib. Bankın balans mənfəəti isə (vergidən əvvəlki) 802 min manat olub.