“Rabitəbank” ABŞ dollarında krediti olan muştərilərinə güzəşt edəcək. Fins.az-ın “Marja”ya istinadən yaydığı məlumata görə, bank dolların məzənnəsinin artması ilə əlaqədar bu valyutada krediti olan və ödənişlərdə çətinlik çəkən müştərilərinə kreditin vaxtının uzadılması imkanı yaradacaq: “ABŞ dolları ilə kreditləri olan müştərilərin ödənişlərində çətinliklərin qarşısının alınması üçün yeni ödəniş müddəti, ödəniş məbləğinin manat ekvivalenti ilə, əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq. Bunun üçün müştərilər kredit aldığları filiallara müraciət etməlidir”.