30 Oktyabr

Prezident “VTB” bankının rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Rusiya Federasiyasının “VTB” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub. Bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.