30 Oktyabr

“Dəmirbank” ilə yaxşı başlamayıb

2015-ci ilin yanvar ayının yekunlarına görə, “Dəmirbank”ın aktivləri 400,3 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

Depozitləri 10%-ə yaxın azalıb

Bankın öhdəlikləri 3,7% azalaraq 347,9 milyon manat, məcmu kapitalı isə 3% artaraq 52,5 milyon manata çatıb. Son 1 ildə bankın kredit portfeli 1,9% artaraq 317,1 milyon manat, depozit portfeli isə 9,8% azalaraq 175,9 milyon manat olub. Yanvar ayında «Dəmirbank»da əhalinin əmanətləri 6,6% azalaraq 150,4 milyon manat təşkil edib.

338 min manat mənfəət əldə edib

Yanvar ayında bankın faiz gəlirləri 24% artaraq 5,92 milyon manat, faiz xərcləri 8,9% azalaraq 1,98 milyon manat, qeyri-faiz gəlirləri 55% artaraq 0,75 milyon manat, qeyri-faiz xərcləri 13,2% artaraq 2,57 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 2,12 milyon manat olub ki, bunun da 1,7 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Bank 338 min manat xalis mənfəət əldə edib. Bu ötən ilin yanvarı ilə müqayisədə 14,6% azdır.