“Unibank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “8 taksit”adlı kampaniyaya başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, martın 7, 8 və 9-da “Albalı plus” (“Albalı”) kartı ilə alış-veriş edənlər 3 və 6 taksitli ödənişlərə əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, bayramla əlaqədar 1000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr kart sahiblərini gözləyir.