“Turanbank” Sumqayıt filialına “Kredit mütəxəssisi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər 22-30 yaşında, ali təhsilli olmalı, maliyyə təhlili aparmağı bacarmalıdır. Bu sahədə azı 1 il iş təcrübəsi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Filialın kredit müştərilərinə xidmət göstərilməsi;
- Kredit müştərilərinin banka cəlb edilməsi, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
- Filial müdiri tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Maraqlananlar öz CV-lərini martın 22-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Əlaqədar şəxs Sevinc Həsənovadır. Tel.: (012) 497-25-77