“PAŞA Bank” yaxın gələcəkdə Avropa ölkələrində filial açmaq niyyətində deyil. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib. Onun sözlərinə görə, hələ ki, “PAŞA Bank” Azərbaycan-Gürcüstan-Türkiyə çərçivəsində fəaliyyət göstərmək istəyir. “Biz bu üçbucaqda ticarət əməliyyatlarını maliyyələşdirmək istəyirik. Hələ ki, balaca, regional təşkilatıq. Region çərçivəsində öz gücümüzü yığandan sonra digər regionlara da baxa bilərik”.
Fərid Axundov onu da qeyd edib ki, hazırda “PAŞA Bank” Avropa, Asiya, eləcə də ABŞ bankları tərəfdaşlıq əlaqələri yaratmaq istiqamətində iş aparır.