Böyük Britaniyanın paytaxtı Londonda nəşr olunan maliyyə jurnalı - “Global Banking and Finance” dünyada ötən ilin ən yaxşı bank və sığorta şirkətlərinin adlarını açıqlayıb. Fins.az-ın məlumatına görə, siyahıda Azərbaycanın bank və sığorta şirkəti də yer alıb. Ötən ilin maliyyə və statistik göstəricilərinə görə, jurnal sığorta şirkətləri arasında ilin ən yaxşısı olaraq “Standard İnsurance”I seçib. Ölkə bankları arasında “İlin ən yaxşı bankı” nominasiyasına “Yapı Kredi Bank” layiq görülüb.