“Azərbaycan Kredit Bankı” Azərbaycan Mərkəzi Bankının məcmu kapitalla bağlı tələbini yerinə yetirib. Fins.az-ın məlumatına görə, səhm emissiyası hesabına bankın nizamnamə kapitalı 11,429 milyon manatdan 50,181 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Azərbaycan Kredit Bankı” kapitalını lazımi həddə çatdırmaq üçün hər birinin nominal dəyəri 224 manat olan 173 min səhm (38,782 milyon manatlıq) buraxıb. Səhmlərin hamısı bankın mövcud səhmdarları tərəfindən alınıb.