“Standard Poor's” - beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini təsdiqləyib. Bankdan fins.az-a verilən məlumata görə, reytinq uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqlənib.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Direktoru Taleh Kazımovun sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə “PAŞA Bank”ın reytinqinin təsdiqlənməsi bankın etibarlılığının tutarlı təsdiqidir: “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəsini verməyə hazırıq”.
Xatırladaq ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.