Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ölkədə milli valyutanın məzənnəsinin sərbəst buraxılması istiqamətində bir addımdır. Fins.az-ın məlumatına görə, bu proqnozla Bakıda keçirilən “Yeni imkanlar yaradan çağırışlar” adlı seminarda “Rösonans” – İnkişaf və İdarəçilik Elmləri İnstitutunun prezidenti Canip Altay çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda “üzən məzənnə” siyasətinə keçid gec-tez qaçılmaz olacaq: “Bu kimi proseslər dünyanın əksər ölkələrində gedib. Məsələn, Azərbaycanda devalvasiya 35% oldu, Türkiyədə isə vaxtilə bu rəqəm 70%-ə çatmışdı. Vəziyyətdən asılı olaraq məzənnə artıb-azala bilər. İnsanlar da gedən prosesə uyğun öz işlərini planlaşdırırlar”.