30 phrase_var_core.october

Pakistan bankına bu ay konkret vaxt qoyulacaq

Bu ay Pakistan Milli Bankının (PMB) rəhbər şəxslərinin, bu ölkənin Maliyyə Nazirliyinin rəsmilərinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu barədə fins.az-a bankın Bakı filialının baş menecerinin müavini Sahib Quliyev məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə görüşmək, filial qarşısında məcmu kapitalla bağlı qoyulmuş tələbin hansı müddətdə yerinə yetiriləcəyini müəyyən etməkdir: “AMB ilə PMB arasında texniki müqavilə imzalanacaq. Bu müqavilə ilə kapitalın hansı müddətdə 50 milyon manata çatdırılması ilə bağlı konkret vaxt qoyulacaq”.
Hazırda PMB-nin Bakı filialının məcmu kapitalı 10 milyon 332 min manatdır.