30 Oktyabr

Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü oldu

Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib. Bu barədə fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Nazirliyin nümayəndələri də iştirak edəcəklər.
Azərbaycan bu il, martın 31-də AİİB-nin təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.