30 Oktyabr

İpoteka kreditinin faiz dərəcələri azalıb

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 14 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon manat çoxdur.
Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,7% artaraq 40251 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,77%, kreditlərə görə aylıq ödəniş məbləği isə 22,2 manat azalaraq 297,1 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.