30 Oktyabr

Beynəlxalq Bank “Bank Technique”dən faiz tutacaq

Azərbaycan Beynəlxalq Bankı “Bank Technique” üçün güzəştləri ləğv edib.

Fins.az-ın “Marja“-ya istinadən verdiyi məlumata görə, bu gün “Bank Technique”, kart müştərilərinə bu barədə xəbərdarlıq edib.

“Azərbaycan Beynəlxalq Bankının bankomantlarından nağd çıxarış əməliyyatları üzrə güzəşt aprel ayının 20-dən ləğv olunacaq. Yəni, bu gündən etibarən “Bank Technique”in kart sahibləri Beynəlxalq Bankın bankomantlarından pul çıxartdıqda onlardan faiz tululacaq”,- xəbərdarlıqda deyilir.

İndiyədək “Bank Technique” kartlarının sahibləri Beynəlxalq Bankın bankomantlarından nağd çıxarışı faizsiz həyata keçirə bilirdilər.