30 Oktyabr

“Bank BTB” işçi axtarır – 2300 manat maaş

“Bank BTB” “Xəzinədarlıq departamentinin direktoru” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər 20-35 yaşında, iqtisadiyyat, o cümlədən maliyyə və ya riyaziyyat sahəsində ali təhsilli olmalı, Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilməli, MS Office proqramlarında işləməyi bacarmalı, banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyə bələd olmalıdır. Bu sahədə az 3 il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmək;
- XÖHKS, AZİPS vasitəsilə daxil olan ödənişləri sistem vasitəsilə ilə üzləşdirmək;
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları aparmaq;
- Vəsaitləri müştəri hesablarına mədaxil etmək;
- Müxbir hesab qalıqlarını yoxlamaq;
- MT103, MT202, MT300, MT320, MT199 formatlı SWIFT məlumatları hazırlamaq;
- Sənədlərin arxivləşdirmək;
- Hesabatlar hazırlamaq;
Əmək haqqı 1500-2300 manatdır. Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.