30 Oktyabr

“Bank of Baku” kreditlərə limiti aradan qaldırdı

“Bank of Baku” nağd pul kreditlərinə ötən aydan bəri qoyduğu limiti ləğv edib. Bu barədə fins.az-a bankdan bildirilib.
Xatırladaq ki, Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra “Bank of Baku” müştərilərinə 1500 dollardan artıq kredit vermirdi. Belə ki, ilkin müştərilər bankdan maksimum 1000 dollar, təkrar müştərilər isə maksimum 1500 dollar kredit ala bilərdi. Həmçinin kreditlərin müddətinə də məhdudiyyət qoyulmuşdu və borc uzağı 18 ay müddətinə ayrılırdı.
Bu günlərdə isə bank kreditləşmə şərtlərini demək olar ki, devalvasiyadan əvvəlki vəziyyətə qaytarıb. Hazırda “Bank of Baku”dan 5 min dollar qədər kredit götürmək mümkündür. Kreditlər 3 il müddətinə, müştərinin bankdakı tarixçəsindən asılı olaraq illik 28-32%-lə ayrılır.