“Expressbank” plastik kartların verilməsi şərtlərini sadələşdirib. Bankdan fins.az-a verilən məlumata görə, hesaba müəyyən məbləğ qoymaqla kartları pulsuz əldə etmək mümkündür. Söhbət həm “Visa”, həm də “Mastercard” ödəniş sistemlərinə aid kartlardan gedir.
Məsələn, ilkin mədaxil məbləği “Gold” tipli kartlar üçün 400 manat, “Platinium” tipli kartlar üçün isə 800 manatdır. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pulsuzdur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.