30 Oktyabr

“Worldcard”ın nağdlaşdırma limiti azaldıldı

“Yapı Kredi Bank (Azərbaycan)” “Worldcard”dan kredit xətti kimi istifadə edilməsi limitini azaldıb. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, bundan sonra kart sahibləri kartdakı məbləğin cəmi 10%-ni nağdlaşdıra biləcəklər. Xatırladaq ki, indiyə qədər bu limit 50% idi.