“NBC Bank” Şəki filialına “Kredit mütəxəssisi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 25-35 yaşında, namizədlər ali iqtisadi təhsilli olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməli, MS Office proqramlarında işləməyi bacarmalı, kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olmalıdır. Bank sektorunda krediti mütəxəssisi kimi azı 1 illik iş təcrübəsi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması;
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi;
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi;
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Banka perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması;
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi;
Maraqlananlar öz CV-lərini mayın 8-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.