30 Oktyabr

Daha 2 bank elektron arayış sisteminə qoşuldu

Azərbaycanın daha iki bankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa başlayıb. Fins.az-ın məlumatına görə, söhbət “NBC Bank” və “Amrahbank”dan gedir. Əməkdaşlıq nəticəsində bu bankların müştəriləri www.e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər.