30 Oktyabr

“Unibank”da kadr dəyişikliyi olub

Bu ilin aprel ayından “Unibank”da icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu barədə Fins.az “Trend”ə istinadən xəbər verir. Məlumata görə, bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant olub.

İcraçı direktorun birinci müavini vəzifəsinə isə Emin Rəsulzadə təyin olunub. O, eyni zamanda, “Unibank”ın İdarə heyətinin üzvü, maliyyə işləri üzrə direktor və baş maliyyə administratoru vəzifələrində çalışır.

Bundan əvvəl X.Əhədovun tutduğu pərakəndə bank xidmətləri üzrə direktor vəzifəsinə isə İcra Komitəsinin üzvü Taleh Tahirli təyin olunub.

Bu təyinatadək T.Tahirli “Unibank”da Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri olub.