“Dəmirbank” Sabirabad filialına “Əməliyyatçı-xəzinədar” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali və yaxud orta ixtisas təhsilli olmalı, Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir. Rus dilini bilənlərə üstünlük verilir. Bu sahədə iş təcrübəsi arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Sürətli pul köçürmələri üzrə əməliyyatları rəsmiləşdirilmək, əməliyyatları beynəlxalq ödəniş sistemində icra etmək, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat gününə dair yekun hesabatlar hazırlamaq;
- “Şimşək” pul köçürmələri üzrə əməliyyatları aparmaq və həyata keçirilən əməliyyatın sistemdə icrasını təmin etmək;
- Cari, əmanət (depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
- Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
- Müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
- Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
- Müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
- Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
- Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
- Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək;
- Müştərilərə çarpaz satışların təqdim etmək;
- Müştərilərin ödəniş əməliyyatlarını ilkin sənədlərə əsasən bank ödəniş sistemində yığmaq, bu sənədləri reyestrlə baş nəzarətçiyə təqdim etmək;
- VİP müştərilər barədə Bankın qəbul etdiyi meyarlara uyğun gələn müştərilər haqqında filial müdirini məlumatlandırmaq.
Maraqlananlar öz CV-lərini mayın 15-nə qədər [email protected] electron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “Sabirabad filialı əməliyyatçı-xəzinədar” yazılmalıdır.