EUR-USD – FES- in faiz qərarı və yumşaq monetar siyasətə ehtiyac olarsa faizi endirməyə başlayacağına dair siqnallar əsasında avro dollara qarşı 1,11840 –da bahalaşaraq hazırda 1,1400 olub. Texniki analizə əsasən 1,1400-ü keçdiyi halda 1,1500 -ə kimi bahalaşma ehtimalı var. Sadəcə olaraq Avropa Mərkəzi Bankının da yumşaq monetar siyasətə dair açıqlamaları avronun sürətlə bahalaşmasının qarşısını alır. İyunun 25-də FED sədri Pouelin çıxışı yenidən yumşaltma fonunda olarsa avronun bahalaşması 1,1800 kimi davam edəcək. Bundan əlavə Avrozonada statistik göstəricilər son iki həftədə müsbətdir. FED-in balansı azaltma siyasəti son iki həftədir passiv formada davam edir. Bu isə avro və dollara qarşı digər valyutaların bahalaşmasına gətirib çıxarır.
GBP-USD – Eynilə FED- in yumşaq monetar siyasəti açıqlamaları fonunda funr sterlinq bahalaşır. Eyni zamanda ingilis funt sterlinqi breksit qarışıqlığı fonunda təzyiq altında qalmağa davam edir. Avropa ölkələrinin rəhbərlərinin sammitində Donald Tusk -un Avropa Birliyi daha heç bir danışığa və güzəştə getməyəcəyini açıqladıqdan sonra sterling ucuzlaşmağa başladı. Keçən həftəni müsbət bağlasada bu həftə sterlinqin bahalaşması zəif sürətlə davam edir. Texniki analizə əsasən 1,2800 civarı çox vacibdir və bu zonanın artımla davam etməyi fonunda növbəti dayanacaq 1,3000 qiymətidir.
Türk Lirəsi – İstanbulun Bələdiyyə sədri kürsüsü uğrunda gedən mübarizənin nəticəsindən asılı olaraq türk lirəsi müəyyən dəstək qazanaraq dollara qarşı bahalaşıb. İqtisadi problemlərə və siyası qarışıqlıqla bağlı dollara qarşı ucuzlaşan lirə indi siyasi davam edən proseslərlər fonunda bahalaşır. Texniki analizə əsasən USD-TRY 5.72 ətrafında yenidən bahalaşmağa başlayıb.Ekspertlərin fikrincə son bahalaşma nöqtəsi 6.00 civarıdır.
Brent – Brent markalı neftin qiyməti son günlər bahalaşmağa davam edir. Müsbət fundamental xəbərlər əsasında həmdə texniki göstəricilərin artımı fonunda yenidən brend markalı neft 65 dollara qədər bahalaşıb. Səudiyyə Ərəbistanının hasilatın azaldılması haqqındakı açıqlaması neftin qiymətinə müsbət təsir edib. Hazırda bahalaşan neftin texniki göstəricilərin yüksəlişi nəticəsində son bahalılıq qiyməti 63.70 -dir 70-ə qədər bahalaşma gözləniləndir.
Müəllif: Aynur Qəniyeva