30 Oktyabr

4 ildir dəyişməyən qiymət - SƏBƏB

Qızılın qiyməti 2016 - cı ildə indiyə qədər olan müddətdə keçə bilmədiyi müqavimət həddinə çatıb. Bu sahədə dəqiq qiymət həddi olmasa da bu günlərdə qiymət diapazonu 1355 - 1375 dollar arası dəyişir. Bu qiymətlərdən yəni müqavimət hədlərini keçən ticarət dövrlərində qızılın satışları başlayıb.İnvestorlar 1380 dollardan yuxarı alışlar etməyə çəkinirlər. Niyə qızıl 1400 dollar müqaviməti keçə bilmir? Bunun səbəbini ABŞ-ın Federal Ehtiyatlar Sisteminin müəyyən müddətdə valatilliyi və dolların müqavimətini artırmaq üçün həyata keçirdiyi sət pul siyasətidir. Federal Ehtiyat Sistemi istər-istəməz verdiyi qərarlar ilə bütün klas aktivlərə öz təsirini göstərir.

Qızılın perspektivlərinə nəzər yetirdikdə son bir neçə ildə bazar Federal Ehtiyat Sisteminin monetar siyasəti sərtləşməsi gözləntiləri ilə hərəkət etdiyini və sonda gözlənilənlərin özünü doğrultduğunu müşahidə edə bilərik. 2015 - ci ilin sonundan hazırkı dövrə qədər olan müddətdə amerikan maliyyə tənzimləyicisi- FED faiz dərəcələrini 9 dəfə artırıb.Bazarda sərt faiz siyasəti aparıb. Federal Ehtiyatlar Sistemi balansında olan qiymətli kağızları , mərhələli şəkildə bazara geri qaytarmaq və bununla da pul həcmini bazarda azaltmaq planı ilə hərəkət edirdi. Son illərdə Federal Ehtiyarlar Sistemi gözlənildiyi kimi bazara öz müdaxilələrinin atırdı və 600 milyard dollar alaraq əvəzində qiymətli kağızları bazara geri qaytardı. İndi isə vəziyyət dəyişib və dünyada baş verən siyasi və iqtisadi hadisələr faiz dərəcələrini endirmək barədə qərar qəbul etməyə vadar edir. İyul ayında artıq faiz dərəcələrinin enişlərinin başlanılacağı ilə bağlı fikirlər səsləndirilir. Fond bazarı bu xəbərə artıq müsbət reaksiya verərək alışları bərpa edib. Sentyabr ayında isə, sərtləşmə siyasətini dayandırmaq barədə düşündüyünü bəyan edən Federal Ehtiyatlar Sistemi qızılın artım dinamikasına təsir edə bilər və 1400 dollarlıq keçilə bilməyən müqavimət qiyməti qırıla bilər. Çin və Amerika arasındakı ticarət müharibəsi də qızılın perspektivini artırır və bir müddət sonra qızılın qiymətinin 1500 - 1550 dollar arasında dəyişdiyini görsək təcüblənməməliyik.

Müəllif:Aynur Qəniyeva