30 Oktyabr

Proseslər dolları zəiflədəcək

ABŞ fond bazarının may enişindən sonra, bazar yenidən alışlar həyat keçirməyə başlayıb. Bu enişlərin Federal Ehtiyatlar Sisteminin addımları ilə bağlıdır. Federal Ehtiyat Sistemi açıqlamasında infilyasiyanın gözlənilən səviyyədə olması və əmək bazarının möhkəmliyini qoruması fonunda iqtisadiyyata dəstək üçün faiz dərəcələrini aşağı salmaq ehtimalının artdığını bildirib. İnvestorların ticarət müharibəsinə görə yaranan qorxularını az da olsa azalması fond bazarında satışların demək olar ki, dayanmasına səbəb olub. İndex 2740 həddindən geri dönərək alışları artırmağa başlaması yaranan pessimizmə son qoyubmu?
Bəzi faktorlar vardır ki, yaranan risk təhlükəsinin hələdə qaldığını göstərir. İyunun sonunda dünya ticarəti üçün həyati əhəmiyyət kəsb edən G-20 sammit baş tutacaq. Ehtimal etmək olar ki ABŞ və Çin rəhbərləri bu sammitdə görüşərək ticarət müharibəsi ilə bağlı yaranan iqtisadi riskləri nəzərə alaraq müəyyən addımlar atacaq. İki dövlət arasında danışıqlar getsədə ancaq prosesin ağır olması və hər iki tərəfində itkilərə getmək istəməməsi bu danışıqları çətinləşdirir. ABŞ-n texnologiya sektoru daha çox Çin ilə əlaqəli idi və indiki situasiyada onlar ABŞ - a geri dönərək biznesi burdan idarə etməli olacaqlar. Ticarət müharibəsi dünyada uzun illər davam edən bir ticarət nizamının pozulmasına gətirib çıxarır. Bu da öz növbəsində dünyada çox güclü rəqabətlə mübarizə aparan şirkətlərin biznesinə istər istəməz mənfi təsir edəcəkdir. Uzun illərdir Çin iqtisadiyyatını ucuz işci qüvvəsi üzərində qurması ABŞ iqtisadiyyatına təsirsiz ötüşməyib və bu mübarizədə hansı nəticə olursa olsun tərəflərdən kimsə uzun müddətli perspektivdə bundan ziyan çəkəcəkdir.
Dünya üzrə iqtisadi göstəricilər zəifləməkdə davam edir. PMİ (Purchasing Managers İndex) Satınalma idaretməsi ilə bağlı indeks ABŞ-da artıq 50.2 səviyyəsindədir və Çin və Avropanın PMİ göstəriciləri 50 index balı səviyyəsinə enib. Bu isə o deməkdir ki, dünyada ticarət və sənaye zəifləməkdə davam edir. Bu zəifləmə korporativ gəlirlərə öz mənfi təsirini göstərəcək.
Bundan başqa dolların qlobal roluna mənfi təsir edən ən əhəmiyyətli siyasətlər maliyyə sanksiyaları və ticarət müharibələridir. İran və Rusiya kimi bəzi ölkələr aydın şəkildə dollardan imtina etməklə bağlı müəyyən addımlar atırlar. Dünya iqtisadiyyatının Çin və Avropa Birliyi kimi daha böyük oyunçuları isə öz pul vahidlərinin monetar dəyərini artıraraq beynəlxalq əməliyyatlarda daha çox istifadə edilməsi istiqamətində davamlı ciddi addımlar atırlar.
Məlumdur ki, Çin öz pul vahidi yuanın 2016-da Beynəlxalq Valyuta Fondunun pul vahidi səbətinə daxil edilməsinə nail olub. Pekin rəhbərliyi 2018-də isə, Şanxayda yuanda neft fyuçersləri ilə yuanı əmtəə ticarətində bir beynəlxalq pul vahidinə çevirmək üçün növbəti addımı atıb. Bundan sonrakı müddətdə hər hansı dəyişiklik olmasa belə əlavə gömrük tarifləri ticarətin Amerika ilə bağlılığının azlaması davam edəcək.
Bu situasiyanın davalı olması ticarət aparacaq başqa ölkələr öz pul vahidlərini dollar yerinə istifadə etmək fürsəti əldə edirlər. Yenə ABŞ-ın 6300 şəxs və təşkilat ilə bərabər 20-dən çox ölkəyə müxtəlif maliyyə sanksiyaları tətbiq etməsi də dolların əvəzinə başqa pul vahidlərindən istifadəyə səbəb olur. Doğrudur investorlar ən son ana qədər optimist qalmağa çalışsalarda fond bazarında hal hazırda uzun müddətli mövqelər riskli görünür.
Müəllif: Aynur Qəniyeva