Ötən həftə neftin qiyməti 10% bütövlükdə may ayı ərzində 12 % ucuzlaşdı. Neftin qiymətində bu aqressiv dəyişiklikdən sonra neftin qiymətinin cuzi bahalaşacağını proqnozlaşdırmaq olar. Təbii ki, bu uzunmüddətli olmayacaq.Neft 65 dollar səviyyəsinə qədər bahalaşa bilər.Bu bahalaşmadan sonra da müəyyən qədər eniş dalğasının müşahidə olunması gözləniləndir.İyun ayında FED-in toplantısı, Avropa Mərəzi Bankının iclası,Tereza Meyin istefası və onun yerinə gələcək namizədin qeyri müəyyənliyi dünya iqtisadiyyatına, birbaşa fond birjalarının hərəkətliliyinə təsir edən amillər olacaq.
Bundan başqa 25-26 iyun tarixlərində OPEC+ ölkələrinin Vyana şəhərində sammiti keçiriləcək bu isə dünya bazarında neftin qiymətinə təsir edəcək mühüm amillərdən biridir. 28 -29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçirilməsi nəzərdə tututulan G20 ölkələrinin sammiti də dünyanın maliyyə bazarlarında əsas istiqaməti müəyyənləşdirəcək hadisələr olacaq.Avrozona demək olar ki,yenə də aşağı infilyasiya səviyyəsindən əziyyət çəkir.Avropa MərkəziBankının hədəf infilyasiya səviyyəsi yenə 2%-dən aşağı olacaq buna görə də Avropa Mərkəzi Bankının faiz artırması demək olar ki, gözlənilmir.
İnfilyasiyanın 1.3% səviyyəsində,baza infilyasiyasının isə 1%-ə qədər olması proqnozlaşdırılır.Avrozonada apreldə və mayda infilyasiyanın bir qədər yüksək olması neft qiymətlərinin bahalaşması ilə bağlıdır. Neftin ucuzlaşması avrozonada o cümlədən Amerikada infilyasiyanın bir qədər sönük olmasına təsir göstərə bilər. Bu o deməkdir ki, Mərkəzi banklar faiz artırmayacaq həmçinin Avropa Mərkəzi bankının da fazi dərəcəsini artırması real görünmür.
Avropa Mərkəzi Bakının iyunun 5-də reallaşacaq iclasından əsas gözlənti kredit faziləri və Yapon Mərkəzi bankı kimi Avropa Mərkəzi bankının da pilləli faiz dərəcəsinin tətbiq edəcəyi ilə bağlı mövcud fikirlərlə bağlı maraqla gözlənilir. İyunun 7-də Amerikanın əmək bazarına dair rəqəmlər, işsizlik,iş yerlərinin sayı ,əmək haqqı artımı ilə bağlı nəticələr açıqlanacaq . Bu nəticələr Amerikada infilyasiyanın səviyyəsinə və dolların qiymətinə təsir edəcək. Həmçinin Federal Ehtiyat Siteminin demək olar ki, bütün nüfuzlu komitə üzvləri - FED-in Nyu York şəhəri üzrə sədri John Williams, St. Louis şəhəri üzrə sədr James Bullard və FED sədri Jerome Powell-in çıxışları gözlənilir.Nəzər alsaq ki, bu FED-in mərkəzi toplantısına qədər baş tutacaq bu çıxışlardan FED-in qərarı ilə bağlı müəyyən rəylər formaladıracaq ona görə də rəsmilərin açıqlamaları çox əhəmiyyətli hesab olunur. 18 iyunda FED-in faiz dərəcləri ilə bağlı növbəti qərarı açılanacaq.
Dayaq iclası hesab olunan bu iclasda FED təzə proqnozlarını da verəcək. Ümumi rəydə FED-in faiz dərəcəsi ilə bağlı hər hansı dəyişiklik edəcəyi gözlənilmir. Ola bilsin ki, 2019-cu ilin sonu üçün nəzərdə tutulan iclasda FED infilyasiyanın 2%-lik baryeri aşmadığı təqdirdə faiz dərəcəsində dəyişikliklə bağlı qərar qəbul etsin. Dollar avroya qarşı 1,11 səviyyəsindən keçə bilmir və dolların 98,50 bənd səviyyəsini qalxa bilmir. Bu ondan xəbər verir ki, dollar avroya və funt sterlinqə qarşı ucuzlaşa bilər.Ola bilsin ki, FED-in iclasından sonra vəziyyət başqa yöndə dəyişə bilər.
Müəllif: Aynur Qəniyeva