Amerika ilə Türkiyə arasında mövcud gərgin siyasi proseslər heç şübhəsiz ki, lirənin məzənnəsinə əsaslı şəkildə təsir göstərir. Ümumiyyətlə iyunun 23-ündə Türkiyədə keçirilməsi nəzərdə tutulan Bələdiyyə seçkilərinə kimi lirənin dəyərini itirməsi ilə bağlı hər hansı maliyyə hərəkətlənməsinin baş verməsi gözlənilmir. Ümumilikdə may ayı ərzində Türkiyə Mərkəzi Bankının dollara təzyiqi artıraraq lirənin məzənnəsinin stabil saxlanılması ilə bağlı həyata keçirdiyi manetar siyasət bir növ öz nəticəsini verdi. May ayında lirənin məzənnəsində güclü enmə müşahidə olunmadı.
Amerika Türkiyə münasibətlərindəki gərginliyin türk lirəsinin məzənnəsinə birbaşa təsiri Türkiyənin Müdafiə Naziri Türkiyənin Hulusi Akarın bəyanatından sonra lirənin bahalaşması zamanı müşahidə edildi. Belə ki, Türkiyənin Müdafiə Naziri Hulusi Akar Birləşmiş Ştatlarla F-35 tipli döyüş təyyarələri ilə bağlı danışıqlarda inkişafın müşahidə edildiyini bəyan etdikdən sonra türk lirəsi təzyiq altından çıxdı.
Lirənin son günlər məzənnəsinin bahalaşmasının əsas səbəblərindən biri də odur ki, Türkiyə Mərkəzi bankının valyuta ehtiyatları kifayət qədər artıb. Bu Türkiyə Mərkəzi Bankının ölkədəki banklara tətbiq etdiyi məcburi ehtiyat fondu ilə bağlıdır. Bu artım lirəyə müvəqqəti dəstək kimi normal manetar siyasətin tərkib hissəsidir.
Hazırda Türkiyə Mərkəzi bankının bazara intervensiya etmək üçün ehtiyatlarının çoxalıb. Lirənin məzənnəsinə təsir edən əsas amillərdən biri də 23 iyunda Türkiyədə keçiriləcək seçkilərdir. Seçkilərin nəticəsindən asılı olaraq türk lirəsi dəyər itirə yaxud bahalaşa bilər. Türkiyə yay aylarında ciddi iqtisadi sınaqlarla üz-üzə qalmayacağını proqnlaşdırmaq olar, çünki ölkəyə böyük turist dolayısı ilə maliyyə axının olacağı gözlənilir. Türkiyə iqtisadiyyatın təsir edən ən əsas amil Türkiyənin ticarət və tədiyyə balansında ixracatın səviyyəsidir. Türkiyənin ixracatında əsas yer tutan məhsullardan biri də kənd təsərüfatı məhsullarının ixracı və idxalıdır. Hazırda Türkiyə bir sıra kənd təsərüfatı məhsullarını ixrac etdiyi üçün ölkəyə valyuta gəlir. Öz məhsullarını istehsal etdiyinə görə idxalın səviyyəsi aşağı düşür. Ölkədən valyuta çıxışı azalır.
Dolayısı ilə valyutaya tələb azalır. İkinci amil bununla yanaşı turist axınıdır.Bu iki faktor birləşdikdə ölkənin valyuta ehtiyatlarına ciddi artım olur. Bu səbəbdən də tədiyyə balansının mənfi saldosu azalır hətta müsbət saldo yaranır.Beləliklə lirəyə təzyiq azalmış olur. Sentyabr oktyabr aylarında tədiyyə balansının səviyyəsi aşağı düşəcək.Yəni kənd təsərüfatı mövsümü bitmiş olur və turistlərin də sayı mövsümi amillərlə bağlı azalacaq. Yenidən qida məhsullarının idxalına tələb yaranacaq.Pul kütləsi kütləsi istər istəməz ölkədən çıxacaq. Yenidən tədiyyə balansında mənfi saldo yaranmaqla yanaşı lirəyə təzyiqlər də çoxalacaq və lirənin ucuzlaşması etimalı artacaq.
Müəllif:Aynur Qəniyeva