Müştərilər PR-çılardan nə gözləyir? Jurnalistlər ilə olan kommunikasiyada nə dəyişiklik baş verəcək? 2019-cu ildə PR-sənayesini gözləyən sınaqları öyrənmək üçün PR-agentliklərinin beynəlxalq şəbəkəsi International Public Relations Network bütün dünya üzrə 45 agentliyin rəhbəri ilə söhbətləşib.
Fins.az xəbər verir ki, şirkətin press-relizində qeyd olunub ki, sorğu nəticəsində PR bazarının əsas tendensiyalarını müəyyən etmək, müştərilərin belə agentliklərdən tələbini aydınlaşdırmaq mümkün olub.
Tədqiqatın iştirakçıları hesab edir ki, bu il şirkətlər üçün dijiallaşma əsas sınaq olacaq. Sorğu iştirakçılarının 58-i deyib ki, PR üzərində digər faktorlar arasında ən böyük təsirə dijital texnologiyalar malikdir. Bəzi respondentlər isə PR agentliklərin kommunikasiyada evoluvasiya yaşayacağına inanır. Reklam agentliklərinin 89% -nin proqnozuna görə, 2019-cu ildə müştərilər tərəfindən PR agentliklərinin effektivliyinin qiymətləndirilməsi artacaq. “Qara sosmedia”ya (ölçülməyən informasiya mübadiləsi, messenger, çat, e-mail üzrə istifadəçilərin istinadları) gəlincə, irespondentlərin 8%-i bunu təhlükə olaraq görür. İştirakçıların 17%-i isə deyir ki, faktları silmək, biznesə neqativ təsir göstərə bilər. Respondentlər qeyd edir ki, jurnalistlərin işinin vektoru güclü şəkildə dəyişib. Prioritet analtik materiallara deyil, kliklərə, keçidlərə, “gözəl şəkillərə” verilir. Bu onunla bağlıdır ki, bu gün paylaşımların 51%-i yalnız onlayn mümkündür.
IPRN-ın ststistikasına görə, PR-çıların 73%-i jurnalistlər ilə ünsiyyət üçün elektron poçtu seçir. 63%-i isə mütəmadi olaraq jurnalistlər ilə telefon ilə əlaqədə olur. Yalnız 50%-i isə ən azı bir dəfə jurnalistlər ilə bir araya gəlir.
©Facemark